İnklüziv təhsil
İnklüziv təhsil Bu gün sizə inklüziv təhsil haqqında geniş məlumat vermək istəyirəm.İnkluziv təhsil nədir?Xüsusi təhsilə ehtiyacı olan (XTEO) adlandırılan bu metod uşaqların digər uşaqlarla birgə eyni mühitdə təhsil almalarını nəzərdə tutan bir sistemdir.Bu yanaşma müəllimlər, valideynlər həm də, şagirdlər üçün müəyyən məsuliyyətlər və çətinliklər yaradır, eyni zamanda, bir çox üstünlüklər də təmin edir.
Müəllimlər bu vasitə metodu ilə nəyi öyrədir:Müəllimlər inklüziv təhsildə müxtəlif bacarıq səviyyələrinə malik olan uşaqlarla işləməyi öyrənir və bu, onların peşəkar bacarıqlarını artırır.
Bundan başqa adaptiv şəkildə yanaşmaq və dərsliklərə müraciət etməklə: Müəllimlər fərqli təhsil ehtiyaclarına uyğun dərslik və tədris metodlarını inkişaf etdirməli, dərsləri fərdiləşdirə bilərlər.
Müəllim kommunikasiya vasitəsilə daha effektiv nəticə əldə edə bilər. Kommunikasiya nədir? Yəni ünsiyyət nitq və nitqdənkənar təsirin köməyi ilə həyata keçirilən qarşılıqlı münasibət nəzərdə tutulur. Müəllimlər xüsusi təhsilə ehtiyacı olan uşaqlarla çalışdıqda daha sıx və fərdiləşdirilmiş şəkildə kommunikasiya təmin etməlidir.Kommunikasiya vasitələri inklüziv təhsildə valideynlərə və müəllimlərə müxtəlif yollarla köməklik edir. Bu vasitələr, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin daha yaxşı inteqrasiyası və təhsil almalarını təmin etməklə yanaşı, valideyn və müəllim arasında effektiv əməkdaşlıq mühitinin yaradılmasında da böyük rol oynayır.
İnklüziv təhsil mühitində müəllim bir sıra əməkdaşların köməyinə ehtiyac duyur. Bu vacib və mütləqdir.Bunun üçün məktəbdə psixoloqlar, loqopedlər və digər mütəxəssislərlə əməkdaşlıq etmək lazımdır. Çünki onların bu sahədə biliklərini tətbiq etməklə daha mükəmməl nəticə əldə etmək mümkündür.
Valideynlər üçün qəbul və dəstək önəmli və vacib məsələlərdən biridir.
Valideynlər övladlarının ehtiyaclarını qəbul etməli və onların inkişafı üçün lazım olan dəstəyi təmin etməlidirlər.İnklüziv təhsil həm də valideynlərə uşaqların bacarıq və ehtiyaclara malik təhsil aldığı şəraiti nəzərə alaraq birgəyaşayış və dəstək prinsiplərini öyrədir.Valideynlər müəllimlərlə birgə əməkdaşlıq etməli, övladlarının inkişafını izləməli və lazım olduqda müəllimləri mütəmadi olaraq məlumatlandırmalıdırlar.
Məlumat geniş olduqda iklüziv təhsilin faydaları və tələbləri valideynlərə çox böyük dəstəkdir. Çünki valideyin bu prosesdə daha aktiv iştirak edir və nə etməli olduğunu artıq ardıcıllıqla təmin edir.
Ənənəvi yanaşma. Valideynlər bəzi hallarda ənənəvi təhsil yanaşmalarını yenidən nəzərdən keçirməli və yeni, daha uyğun təhsil strategiyalarını övladları üçün qəbul etməlidirlər.
İnklüziv təhsil, həm müəllimlər, həm də valideynlər üçün yeni imkanlar və təcrübələr təqdim edir. Bu, hər bir uşağın təhsil alma hüququnu təmin edən bir yanaşmadır.
Bəyaz Ağazadə
Facebook'da Paylaş