Son sutkada Ukraynada İran istehsalı olan 26 PUA məhv edilib

17-10-2022, 11:30

Son sutkada Ukraynada İran istehsalı olan 26 PUA məhv edilib

Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsalı olan 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.




Facebook'da Paylaş