Ukrayna Prezidentinin Ofisi: “Müharibədə strateji təşəbbüs Ukraynaya keçib

13-08-2022, 09:00

Ukrayna Prezidentinin Ofisi: “Müharibədə strateji təşəbbüs Ukraynaya keçib

“Müharibədə strateji təşəbbüs Ukrayna ordusuna keçib”.

Ordum.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç bəyan edib.

“Bu müharibədə, paradoksal olaraq, strateji təşəbbüsün Ukraynaya keçməsi iki xəbərlə yadda qalıb. Üç, əslində, amma üçüncü haqqında heç nə deməyəcəyəm. Birincisi, “McDonald's”ın Ukraynaya qaytarılmasıdır. İkincisi isə Saki şəhərindəki rus alayının məhv edilməsidir”- deyə, o bildirib.




Facebook'da Paylaş